YAMACLARIN YATMASI /BATMASI

N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır. оседание склонов subsidence of slopes
YAMACLARIN SƏMTLİYİ
YAN DƏRƏ
OBASTAN VİKİ
Yamacların yatması (batması)
Yamacların yatması (rus. оседание склонов, ing. subsidence of slopes) — N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır.
Yamacların səmtliyi
Yamacların səmtliyi (rus. экспозиция склонов, ing. aspect) — cəhətlərə görə dağların, dərələrin, yarğanların, qobuların və digər relyef formalarının yamaclarının istiqaməti.
Yamacların çəkilməsi
Yamacların çəkilməsi (rus. отступание склонов, ing. back wearing, retreat of slopes, waning of slope) — yamacların geri çəkilməsi, yerdəyişməsi. Bu proses yamacları təşkil edən süxurların əsasən fiziki aşınma nəticəsində aşınmış materialların yamacların ətəklərindən nəql edilməsi sayəsində baş verir. Bu proses arid və semiarid iqlim şəraitində yerləşən vilayətlərdə kəskin gedir.
Günəşin batması
Günəşin batması (və ya gün batımı, qürub) – Günəşin Yer (və ya Günəş sistemindəki hər hansı digər astronomik obyektin) üfüqünün altında fırlanma səbəbindən itməsi, yoxa çıxması. Yer kürəsinin hər yerindən göründüyü kimi, qütblərə yaxın ərazilər istisna olmaqla, təxminən hər 24 saatda bir dəfə baş verən hadisədir. Ekinoks Günəş həm yaz, həm də payız bərabərliyi anında qərbə doğru qürub edir. Şimal yarımkürəsindən göründüyü kimi, Günəş yazda və yayda şimal-qərbə, payız və qışda isə cənub-qərbə doğru qürub edur; Bu fəsillər Cənub yarımkürəsi üçün əksinə olur. Faktiki günbatımı - astronomiyada Günəşin yuxarı hissəsinin üfüqün altında yox olmasına iki dəqiqə qalmış kimi müəyyən edilir. Üfüqün yaxınlığında atmosfer sınması günəş işığı şüalarının o dərəcədə təhrif edilməsinə səbəb olur ki, həndəsi cəhətdən günəş diski qürub müşahidə edildikdə artıq üfüqdən təxminən bir diametr aşağıda olur. Günəşin batması üç mərhələyə bölünən alatoranlıqdan fərqlənir. Birincisi, Günəş üfüqün altında itdikdən sonra başlayan və üfüqdən 6 dərəcə aşağı enənə qədər davam edən mülki alatoranlıqdır. İkinci mərhələ üfüqdən 6 ilə 12 dərəcə aşağıda olan dəniz alatoranlığıdır. Üçüncü mərhələ Günəşin üfüqdən 12 ilə 18 dərəcə aşağıda olduğu dövr olan astronomik alatoranlıqdır.
Dırnaq batması
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür.
MV Sevol gəmisinin batması
MV Sevol gəmisinin batması və ya Sevol fəlakəti (Koreya dilində: 세월호 침몰 사고, 世越號沈沒事故) 16 aprel 2014-cü ildə səhər saatlarında Cənubi Koreyanın Donggeochado adası yaxınlığında MV Sewol bərəsinin batmasıdır. Əksəriyyəti Ansan şəhərindəki Danvon Liseyinin şagirdləri olan 476 nəfəri daşıyarkən bərə aşmışdır. Qəza nəticəsində 304 sərnişin və ekipaj üzvü həlak olmuş və təxminən 172 sağ qalan insan isə Koreya Sahil Mühafizəsi, balıqçı qayıqları və digər ticarət gəmiləri tərəfindən xilas edilmişdirlər. 15 may 2014-cü ildə bərənin kapitanı və üç ekipaj üzvü cinayətdə, digər 11 ekipaj üzvü isə gəmini tərk etməkdə ittiham olunmuşdurlar. Sevol fəlakəti Cənubi Koreyada geniş ictimai və siyasi reaksiyalara səbəb olmuşdur. Bir çoxları kapitanın və ekipajın hərəkətlərini və eyni zamanda da bərə operatorunun və müəssisələrə nəzarət edən tənzimləyicilərin hərəkətlərini tənqid etmişdirlər. Xüsusilə, Cənubi Koreya hökuməti və mediası fəlakətdə öz məsuliyyətlərini lazımi səviyyədə qiymətləndirmədiklərinə və hökumətin səhlənkarlığına görə tənqid olunmuşdurlar.
MV Sewol gəmisinin batması